• top-slayd
  • top-slayd1
  • top-slayd2

Doğulduğu yer

Zəngəzur mahalının ən böyük və ən qədim kəndlərindən biri olan, Nüvədi kəndi, Araz çayının sol sahilində, Zəngəzur dağlarının cənub-şərq ətəklərində yerləşən, 270 kv.km ərazini əhatə etməklə, 18 min hektar torpağa malik, müasir və şəhər tipli idi. Şərqdən Zəngilən rayonu Cənubdan İran İslam Respublikası, şimaldan Ermənistanın
Kafan, qərbdən Mehri rayonun kəndləri ilə sərhəd edir. Nüvədi kəndində hamısı azərbaycanlı olan 1500
dən artıq əhali yaşayırdı.
1941-ci ildən Nüvədi dəmir yolu keçmiş, 1949-cu ildə kəndə elektrik xətti çəkilmiş, Nüvədidə müasir tipli 2-3 mərtəbəli evlər, müasir məktəb binası, klubu, poçtu, teleqrafı, əmanət kassası var idi, hər evdə televizor, telefondan istifadə olunurdu.
Nüvədi öz gözəlliyi, təbii sərvətləri, şəfalı bulaqları, tarixi abidələri ilə adamları valeh edirdi. Ərazi böyüklüyünə görə Ermənistan kəndləri arasında birinci yerdə dururdu. Narı, üzümü, ənciri, şaftalısı, əriyi və sair meyvələri ilə məhşur idi. Bu meyvə plantasiyalarının salınmasında kənd rəhbərlərindən Aslan Məmmədovun, Yadulla Quliyevin, İnşallah Cəfərovun, Həzi Musayevin, Cəlal Əliyevin, Mail Amanovun, Həsən Musayevin və başqalarının xidmətləri həmişə iftixarla yad edilir.
Nüvədi həmdə ziyalılar kəndi olub. Buradan çıxmış alimləri, professorları, həkimləri, aqranomları və sair ziyalıları ilə fəxr edir. Nüvədililərdən çox sayda fəlsəfə elmlər doktorları və yüzlərlə ali təhsilli mütəxəssislər yetişmişdir.
Müasir Nüvədi ildən ilə inkişafda, böyüməkdə olmuşdur,heyvandarlıq, baxçılıq, quşçuluq təsərrüfatları ilə şöhrət qazanmaqla milyoner kolxozlu kənd olmuşdur. 18000 hektar ümumi ərazisindən 14000 hektarı əkinə yararlı olmuşdur.
Nüvədinin tarixi qədimidir. Burada tarixi Baba Hacı məbədinin həyətində Qara Qoyunlu və Ağ Qoyunlu dövlətlərin emblemaları təsvir edilmiş qoç heykəllər olmuşdur. Mehri rayonu ərazisində 5 böyük qədim Azərbaycan abidəsi var: Sultan Səlim Karvansarası, Baba Hacı, Əbdül Ata, Buğakar və Şah Abbas Karvansarası. Əzəmətli Karvansara binasının tavanı və divarları böyük daşlarla hörülmüşdür. Bu Karvansara ehtimalki, səyyah və karvanların gecələməsinə xidmət edirmiş. Sultan Səlim Karvansarasının yaxınlığında Azərbaycanın böyük sərkərdəsi dövlət başçısı Şah İsmail Xətainin adı ilə bağlı üç yer var: Xətai Yoxuşu, Xətai Yurdu və Xətai Güneyi. Bütün bunlar bu torpaqların qədim Azərbaycan torpaqların olduğunu birdaha təsdiq edir.
Nüvədi kəndi 1929-cu ilə qədər inzibati cəhətdən Cəbrayıl qəzasına tabe olmuşdur. 18 Fevral 1929-cu ildə Zaqfederasiyanın qərarı ilə Azərbaycandan alınıb 3 kənd Ermənistan SSR-ə verilmişdir, Mehri rayonu yaradılmışdır.
1988-ci ilin noyabr-dekabr aylarında baş vermiş hadisələr, Azərbaycan türklərinə qarşı kütləvi soyqırımı həyata keçiriləndə nüvədililər ərazini tərk etməmiş ,erməni vəhşiliyini mərdliklə dəhv etmişlər. 1989-cu ilin əvvəlində artıq Ermənistanda Nüvədi kəndindən başqa birdənə də olsun azərbaycanlılar yaşayan məntəqə, yaşayış məskəni qalmamışdır. Amma Nüvədinin qəhrəman sakinləri 1991-ci il Avqust ayının 8-inə qədər erməni ordusunun 18 dəfə ağır hücumunun qarşısını almış, altmışa qədər erməni qulduru məhv olmuş və səksən nəfərə yaxını ağır yaralamışlar, doğma dədə-baba yurdlarını mərdliklə qorumuşlar. Lakin 1991-ci il Avqust ayının 8-ində işğal olunmuşdur. Nüvədililərin necə mübarizə aparması və Nüvədinin necə verilməsi saytın digər bölmələrində açıqlanmışdır. Bu hadisələr həmçinin mətbuatda da işıqlandırılmışdır.

Related Articles

Nüvədinin Son Günləri

Həyat və Yaradıcılığı

Nüvədinin Son Günləri-1

 

 

Mail Vəli oğlu Amanov 15 iyun 1938-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Megri rayonunun Nüvədi kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1955-ci ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun «Meyvəçilik, Tərəvəzçilik və Üzümçülük» fakültəsinə qəbul olunmuşdur. İnstitutu müvəffəqiyyətlə başa vuraraq öz doğma kəndi olan Nüvədi «Qırmızı Sərhəd» kolxozunda 1960-cı ildən əmək fəaliyyətinə başlamışdır. 1963-cü ilin sentyabr ayında Bakı şəhərində Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutunun aspiranturasına qəbul olmuşdur.

1964-1979-cu illərdə Nüvədi kənd «Qırmızı Sərhəd» kolxozunun idarə heyətinin sədri vəzifəsində işləmişdir. 1969-cu ilin may ayında İrəvan Kənd Təsərrüfatı İnstitutunda Üzümçülük ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.

1975-1980-ci illərdə partiya komitəsinin katibi, 1985-ci ildən 1991-ci ilə qədər Nüvədi kənd Kolxozu İdarə Heyətinin sədri olmuşdur. 1985-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə «Şərəf Nişanı» ordeni ilə təltif edilmişdir. 1985-ci ildə Ermənistan Ali Sovetinin deputatı seçilmişdir.

 

 

Megri rayonunun Nüvədi kəndi