• top-slayd
  • top-slayd1
  • top-slayd2

Təltiflər, Mükafatalar, Diplomlar

 

Azərbaycan Kənd Təsərrüfatı İnstitutu
(indiki Azərbaycan Dövlət Aqrar Universiteti).

Diplom - Alim Aqronom İxtisası

Kənd Təsərrüfatı Sahəsində PhD

Kənd Təsərrüfatı Elmləri DOKTORU

 

Ermənistan SSR Mərkəzi Komitəsinin Meğri rayonu üzrə deputatı.

Üzümçülük və şərabçılıq üzrə Dünya Akademiyasının şərabçılıq bölməsinin üzvü.

Related Articles

Mətbuat orqanlarında dərc olunmuş yazılar danışanda

Mətbuat Orqanlarında Dərc Olunmuş Yazılar-1

Elmi Əsərləri

 

 

Mail Vəli oğlu Amanov 15 iyun 1938-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Megri rayonunun Nüvədi kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1955-ci ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun «Meyvəçilik, Tərəvəzçilik və Üzümçülük» fakültəsinə qəbul olunmuşdur. İnstitutu müvəffəqiyyətlə başa vuraraq öz doğma kəndi olan Nüvədi «Qırmızı Sərhəd» kolxozunda 1960-cı ildən əmək fəaliyyətinə başlamışdır. 1963-cü ilin sentyabr ayında Bakı şəhərində Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutunun aspiranturasına qəbul olmuşdur.

1964-1979-cu illərdə Nüvədi kənd «Qırmızı Sərhəd» kolxozunun idarə heyətinin sədri vəzifəsində işləmişdir. 1969-cu ilin may ayında İrəvan Kənd Təsərrüfatı İnstitutunda Üzümçülük ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.

1975-1980-ci illərdə partiya komitəsinin katibi, 1985-ci ildən 1991-ci ilə qədər Nüvədi kənd Kolxozu İdarə Heyətinin sədri olmuşdur. 1985-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə «Şərəf Nişanı» ordeni ilə təltif edilmişdir. 1985-ci ildə Ermənistan Ali Sovetinin deputatı seçilmişdir.

 

 

Megri rayonunun Nüvədi kəndi