• top-slayd
  • top-slayd1
  • top-slayd2

CAUCASUS AND NORTHERN BLACK SEA REGION AMPELOGRAPHY

AZƏRBAYCANIN YABANI ÜZÜMÜ

Üzüm yer kürəsində insan tərəfindən mədəni sürətdə becərilməzdən əvvəl tarixi kifayət qədər öyrənilməmiş və bir çox cəhətlərdən mübahisəli qalmış bitkidir.  Bu kitab mübahisəli və öyrənilməmiş tərəfləri izah edir və gələcək araşdırmalara yol açır.

THE OXFORD COMPANION TO WINE

For the Wine Lover. One of the contributions of Mail Amanov to the Oxford University Press https://books.google.az/books
 

 

Mail Vəli oğlu Amanov 15 iyun 1938-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Megri rayonunun Nüvədi kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1955-ci ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun «Meyvəçilik, Tərəvəzçilik və Üzümçülük» fakültəsinə qəbul olunmuşdur. İnstitutu müvəffəqiyyətlə başa vuraraq öz doğma kəndi olan Nüvədi «Qırmızı Sərhəd» kolxozunda 1960-cı ildən əmək fəaliyyətinə başlamışdır. 1963-cü ilin sentyabr ayında Bakı şəhərində Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutunun aspiranturasına qəbul olmuşdur.

1964-1979-cu illərdə Nüvədi kənd «Qırmızı Sərhəd» kolxozunun idarə heyətinin sədri vəzifəsində işləmişdir. 1969-cu ilin may ayında İrəvan Kənd Təsərrüfatı İnstitutunda Üzümçülük ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.

1975-1980-ci illərdə partiya komitəsinin katibi, 1985-ci ildən 1991-ci ilə qədər Nüvədi kənd Kolxozu İdarə Heyətinin sədri olmuşdur. 1985-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə «Şərəf Nişanı» ordeni ilə təltif edilmişdir. 1985-ci ildə Ermənistan Ali Sovetinin deputatı seçilmişdir.

 

 

Megri rayonunun Nüvədi kəndi