Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home3/mailaman/public_html/index.php on line 29

Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home3/mailaman/public_html/index.php on line 30

Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home3/mailaman/public_html/index.php on line 31

Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home3/mailaman/public_html/index.php on line 32

Deprecated: Methods with the same name as their class will not be constructors in a future version of PHP; Main has a deprecated constructor in /home3/mailaman/public_html/php_files/main.php on line 19
Mail Amanov

Menu

AZƏRBAYCANIN YABANI ÜZÜMÜ

Üzüm yer kürəsində insan tərəfindən mədəni sürətdə becərilməzdən əvvəl tarixi kifayət qədər öyrənilməmiş və bir çox cəhətlərdən mübahisəli qalmış bitkidir. Bu kitab mübahisəli və öyrənilməmiş tərəfləri izah edir və gələcək araşdırmalara yol açır.

Daha ətraflı

THE OXFORD COMPANION TO WINE

For the Wine Lover. One of the contributions of Mail Amanov to the Oxford University Press https://books.google.az/books

Daha ətraflı
HAMISINA BAX

Kənd Təsərrüfatı Elmləri DOKTORU

Kənd Təsərrüfatı Sahəsində PhD

Diplom - Alim Aqronom İxtisası

HAMISINA BAX

Mail Vəli oğlu Amanov 15 iyun 1938-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Megri rayonunun Nüvədi kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1955-ci ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun «Meyvəçilik, Tərəvəzçilik və Üzümçülük» fakültəsinə qəbul olunmuşdur. İnstitutu müvəffəqiyyətlə başa vuraraq öz doğma kəndi olan Nüvədi «Qırmızı Sərhəd» kolxozunda 1960-cı ildən əmək fəaliyyətinə başlamışdır. 1963-cü ilin sentyabr ayında Bakı şəhərində Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutunun aspiranturasına qəbul olmuşdur.

1964-1979-cu illərdə Nüvədi kənd «Qırmızı Sərhəd» kolxozunun idarə heyətinin sədri vəzifəsində işləmişdir. 1969-cu ilin may ayında İrəvan Kənd Təsərrüfatı İnstitutunda Üzümçülük ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.

1975-1980-ci illərdə partiya komitəsinin katibi, 1985-ci ildən 1991-ci ilə qədər Nüvədi kənd Kolxozu İdarə Heyətinin sədri olmuşdur. 1985-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə «Şərəf Nişanı» ordeni ilə təltif edilmişdir. 1985-ci ildə Ermənistan Ali Sovetinin deputatı seçilmişdir.